“Qarabağ” – həm evdə, həm səfərdə
23 may 2018 / 11:21 Baxış sayı: 1074 Topaz premyer liqasının başa çatan cari mövsümünün yekununda ən yaxşı ev və səfər komandaları müəyyənləşib.
Allsport.az saytı xəbər verir ki, çempionatı ilk üçlükdə başa vuran “Qarabağ”, “Qəbələ” və “Neftçi” öz meydanlarında da hamıdan öndə olublar. Ağdam klubu 33, digər 2 komanda 23 xal toplayıb.
Qurban Qurbanovun komandası həm də səfər qələbələrində öndə olub – 32 xal. Roman Qriqorçuklu “qara-qırmızılar” bu göstəricidə də 2-cidir: 24 xal. “Zirə” (22) rəqib meydanlarının 3-cü komandasıdır.