“Qarabağ” İbrahim Şehiçi “Partizan”ın qapıçısı ilə əvəzləyir

“Qarabağ” yeni qapıçı ilə müqavilə bağlaya bilər. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun Belqrad “Partizan”ının qapıçısı Boyan Şaranovla güclənməyə hazırlaşdığı iddia olunur.

Bu barədə Serbiya mətbuatı məlumat yayıb. Həmkarlarımız iddia edir ki, “atlılar” onu İbrahim Şehiçə əvəzləyici gətirir. Bosniyalı qolkiperlin isə Türkiyə klublarından birinə transferi gözlənilir.

Boyan Şaranovun “Partizan”la 2017-ci ilə qədər müqaviləsi var. Amma onun yaxın 2 gündə klubla mıəsələni yoluna qoyub, “Qarabağ”la anlaşacağı bildirilir.

Həmin kateqoriyadan