- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

“Qarabağ” hücumçu almağa hazırlaşır.
Allsport.az xəbər verir ki, Ağdam klubu İspaniyanın “Leqanes” klubunun hücumçusu Kvabena Ovusunun keçidində anlaşıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.
Ovusu yetirməsi olduğu Qananın “Akkra” klubundan “Leqanes”ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında “Kordoba”da keçirib və 16 oyunda 6 qol vurub.
Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.