- Baxış sayı: 8
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 808
- Mart 30, 2026
- 0

“Qarabağ” hücumçu axtarışını davam etdirir. Allsport.az “Lanazione”yə istinadla xəbər verir ki, Ağdam təmsilçisi İtaliya “B” seriyasında çıxış edən “Kyevo”nun hücumçu Manuel Puççiarellini transfer hədəfinə alıb.
29 yaşlı hücumçunun klubu ilə 1 illik müqaviləsi qalıb. Ona son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam edir.
“Kyevo” Puççiarellini 2019-cu ilin yayında “Empoli”dən 3,75 milyon avroya transfer edib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Peskara”da keçirib.