- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Premyer liqada milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə “Qarabağ” yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, komanda Azərbaycanın U-21 yığması ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə “Qarabağ” 2:4 hesabı ilə məğlub olub.
Əsas heyətin 14 üzvü milli komandaların düşərgəsində olduğu üçün baş məşqçi Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb.