- Baxış sayı: 31
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 145
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 3-cü turu 2 komanda üçün yubileylə əlamətdar olacaq. Allsport.az xəbər verir ki, bütün çempionatların iştirakçısı olan “Qarabağ”la “Neftçi” əvvəl güclülər dəstəsi, sonradan premyer liqa adlanan yarışda 800-cü oyununa çıxacaq.
Yarışın tarixində ən çox matç keçirən iki komanda bu turda bir-biri ilə üz-üzə gələcək. “Azərsun Arena”da baş tutacaq görüşdə 800-cü dəfə meydana çıxacaq rəqiblər indiyədək 29 çempionatda 799 matç keçirib. Qələbəyə görə üç xal prinsipi ilə hesabladıqda “Qarabağ”la “Neftçi” indiyədək eyni sayda – 1530 xal toplayıb.
Qələbə sayında “Neftçi” “Qarabağ”dan üstündürsə, heç-heçələrdə ağdamlılar öndədir. Paytaxt təmsilçisi daha çox uduzsa da, vurulan qol sayında və top fərqində rekordçudur. Eyni sayda oyunda eyni xal toplayan komandaların buraxdığı qollarda da tarazlıq hökm sürür.
800-cü oyun həm də iki rəqibin bir-biri ilə 80-ci matçı kimi tarixə düşəcək. Yəni, klublar keçirdiyi qarşılaşmaların 10 faizini öz aralarında oynayıb. Bu görüşlərdə “Qarabağ” 29, “Neftçi” 20 qələbə qazanıbsa, 30 dəfə heç-heçə qeydə alınıb. Top fərqində də ağdamlılar üstündür – 84:71.