- Baxış sayı: 6
- 15 Dekabr 2025 22:37
- Baxış sayı: 97
- Dekabr 15, 2025
- 0

“Qarabağ” Azərbaycan kubokunda 90-cı qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, bu yubiley 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Qurban Qurbanovun yetirmələri ev matçında “Keşlə”ni 1:0 hesabı ilə yenib. 1993-cü ildən kubokda mübarizə aparan ağdamlılar 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.
“Qarabağ” ölkə kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər “Neftçi” hamıdan çox – 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox – 158 oyunda buna nail olublar.