- Baxış sayı: 10
- 31 Mart 2026 13:03
- Baxış sayı: 634
- Mart 30, 2026
- 0

Bu gün konfrans liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.
Allsport.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olacaq.
İlk turda Bakıda “Bazel”lə (İsveçrə) qolsuz heç-heçə edən Ağdam klubu ilk səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacaq.
Nikosiyadakı GSP stadionunda keçiriləcək arşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
H qrupunun digər oyununda “Bazel” “Kayrat”ı (Qazaxıstan) qəbul edəcək.
30 sentyabr
Konfrans Liqası
“H” qrupu
23:00. “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu