- Baxış sayı: 18
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Qarabağ” premyer liqanın 16-cı turunda növbəti səfər heç-heçəsinə nail olub. Allsport.az xəbər verir ki, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun komandasının rəqib meydanındakı 6-cı sülhü olub.
Bu, klub tarixinin rekordunun təkrarıdı. Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.
Ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.