“Qarabağ” və “Dinamo” akademiyaları arasında görüş

“Qarabağ”ın akademiyasının meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyev “Dinamo” – “Qarabağ” oyunu çərçivəsində Zaqrebə səfər zamanı meydan sahibi klubdakı həmkarları ilə görüşlər keçiriblər.

Allsport.az xəbər verir ki, keçirilən görüşdə akademiyaların strukturu, fəlsəfəsi, oyun tərzi, prinsipləri haqqında müzakirələr aparılıb.

Nümayəndə heyəti “Dinamo” akademiyasının direktoru İvo Miliç, U-15-U-19 komandalarının koordinatoru Mariyan Çayiç, fiziki hazırlıq üzrə departamentin rəhbəri Frano Leko və məlumat bazasının idarəçisi Antonio Şişiçlə görüşüb. Zaqreb “Dinamo”sunun son illərdə yetişdirdiyi futbolçuların keçdiyi yol, klubun həmin futbolçulara verdiyi dəstək, çatışmayan cəhətlərinin inkişafı və s. barədə məlumat verən İvo Miliç daha sonra klubumuzun nümayəndələrini akademiyanın meydançaları, inzibati binaları, istifadə edilən məlumat bazası, videoanaliz və s. proqramlarla bağlı ətraflı məlumat verib. Frano Leko ötən mövsümdən etibarən fiziki hazırlığa ciddi önəm verdiklərini və nəticəsini qısa müddətdə gördüklərini bildirib.

Həmin kateqoriyadan