- Baxış sayı: 14
- 01 Aprel 2026 14:37
- Baxış sayı: 809
- Mart 30, 2026
- 0

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, Ağdam klubu Kabo Verdedən olan yarımmüdafiəçi Patrik Andradeni heyətinə qatıb.
27 yaşlı futbolçunun müqavilə şərtləri açıqlanmayıb. Ölkəsinin “Sportinq”, “Desportivo”, “Benfika” klublarında oynadıqdan sonra Portuqaliyanın “Ribeyrao” komandasına üz tutan Andrade, 2013/14 mövsümündə “Joane”də icarədə olub.
2014-cü ildən 2018-ci ilə qədər “Moreyrense”də çıxış edən futbolçu, həmin illərdə “Famalikao” və “Salqeyros”da icarədə oynayıb. 2018-ci ildən isə o, Bolqarıstanın “Çerno More” komandasında çıxış edirdi.