- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Şotlandiyanın “Seltik” klubunun belçikalı müdafiəçisi Dedrik Boyata Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, 1:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib:
“Belə oyunlarda səfər qolunun nə qədər böyük önəm kəsb etdiyini yaxşı bilirdik. Ona görə də rəqibin qol vurmamasına çalışırdıq. Buna nail olduq. Komndamız qələbə qazandı və səfərə üstün yollanacağıq. Amma qarşıda daha bir matç var. Həmin oyunun daha çətin keçəcəyini bilirik”.
Oyunda vurulmuş yeganə qolun müəllifi “Qarabağ”ın heç də sıradan rəqib olmadığını vurğulayıb: “Hələ oyundan öncə də bilirdik ki, “Qarabağ” topla oynamağı çox yaxşı bacarır. Onlar topu özlərində saxlamaqla yanaşı, hücum üçün yaxşı imkan ələ düşməsini gözləyirdilər”.
Boyata Bakıda keçiriləcək vavab görüşündən də danışıb: “Rəqib komanda ev oyununda mütləq qol vurmağa çalışacaq. Buna görə bizə düzgün taktika seçmək vacibdir ki, lazım olan nəticəyə nail olaq. “Seltik” səfərdə qələbə qazanmaq üçün yetərli ustalığa malik komandadır”.
Belçikalı futbolçu onu da bildirib ki, səfərdə çox diqqətli oynamalarına ehtiyac var: “90 dəqiqə ərzində nə baş verəcəyini bilmək olmur. Amma biz istənilən halda diqqətli oynayıb, evə müsbət nəticə ilə qayıtmalıyıq”.