“Qarabağ”da daha 2 COVİD-19! Komandamız İspaniyaya avrokubok oyununa yollanmır

“Qarabağ” qitə liqasının “İ” qrupunda “Vilyarreal”la oyun öncəsi növbəti dəfə sınaqdan keçib. Allsport.az saytı xəbər verir ki, komandamızın daha 2 futbolçusu – Şahruddin MəhəmmədəliyevXayme Romeroda testin nəticəsi pozitiv olub. Ötən dəfə 7 futbolçu – Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Əmrəli, Abbas HüseynovKevin Medinada sonluq yeni olub.

İki futbolçu – Bədavi HüseynovPatrik Andrade də zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqlərə bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan “A” və “B” iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər 2 qapıçı) “Vilyarreal”la oyunda iştirak edə bilməyəcək. Dekabrın 10-u haqda qərar UEFA tərəfindən veriləcək.

Həmin kateqoriyadan