- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Qarabağ” koronavirus pandemiyası dövründə ehtiyacı olan insanlara yardım edib. Allsport.az xəbər verir ki, klub rəhbərliyinin, baş məşqçi və bir neçə futbolçunun maddi dəstəyi ilə 1500 nəfərlik ərzaq yardımı paketi hazırlanıb və Ağdam rayonunun kəndlərində paylanılıb.
Klub “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində bu addımı atıb. Öncə “Qarabağ”ın sponsoru olan “Azersun” Holdinq koronavirusla mübarizə fonduna 2 milyon, komandanın baş məşqçisi Qurban Qurbanov 20 min, futbolçular isə 50 min manat məbləğində yardım ediblər.