- Baxış sayı: 14
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
Premyer liqanın cari mövsümünün mükafatçıları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu gün 27-ci turda “Qarabağ” – “Səbail” (4:0) və “Qəbələ” – “Neftçi” (1:3) oyunlarından sonra həm qızıl, həm gümüş, həm də bürünc mükafatçı dəqiqləşdi.
Ardıcıl 6-cı, ümumilikdə 7-ci çempionluq
Xal hesabını 63-ə çatdıran Ağdamın “Qarabağ” klubu bu qələbədən sonra izləyiciləri üçün əlçatmaz oldu. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə Azərbaycan çempionu adını qazandı.
17-ci mükafat
Hesabında 58 xal olan “Neftçi” qızıl medalı fürsətini itirməklə gümüş mükafatı rəsmiləşdirdi. Tarixində 3-cü dəfə çempionatı 2-ci pillədə bitirən flaqman 17-ci dəfə mükafatçılar sırasına düşdü. Hesabında 8 qızıl, 3 gümüş və 6 bürünc olan “ağ-qaralar” bu göstəricidə öz rekordunu yenilədi.
17-ci medalçı
“Səbail” məğlub olsa da, 41 xalla bürünc medalı təmin etdi. Tarixində ilk dəfə mükafatçılar sırasında yer alan paytaxt klubu Azərbaycan çempionatları tarixində medal qazanan 17-ci komanda oldu. Əvvəlki turnirlərdə 16 komanda “üçlüy”ə düşmüşdü.
19-cu Avropa yolçusu
Bu nəticələrdən sonra “Qarabağ”ın çempionlar, “Neftçi” və “Səbail”in Avropa liqalarında oynayacağı dəqiqləşdi. Tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək “Səbail” Azərbaycanın qitəmiqyaslı turnirlərdə 19-cu təmsilçisi olacaq. Bunadək 18 klubumuz Avropada çıxış edib.
Kamran HACI