- Baxış sayı: 205
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 205
- Dekabr 05, 2025
- 0
“Qarabağ”dan ayrılan Simeon Slavçev klub və azarkeşlərlə vidalaşıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Instagram”da bu sözləri qeyd edib:
“Qarabağ”dakı karyeram başa çatdı. Demək istəyirəm ki, hər zaman peşəkar olmuşam və komandaya ən yaxşısını vermişəm. Amma yollarımız ayrılır. “Qarabağ”a dəstək olan insanlara uğurlar arzulayıram. Mən burada yaxşı dostlar tapmışam. Azərbaycanda insanlar haqqında yalnız xoş və gözəl fikirlərim var. “Qarabağ”a təşəkkür edirəm və komandaya gələcəkdə uğurlar arzulayıram”.
Bolqarıstanlı futbolçu 2018-ci ilin yayında Lissabonun “Sportinq” klubundan “Qarabağ”a keçmişdi.