- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

“Qarabağ”ın futbolçusu Dani Kintana Çindən təklif alıb.
Allsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “CBC Sport”a açıqlamasında bu barədə məlumat verib:
“Hələ danışıqlar gedir. Məsələ rəsmiləşməyib. Sadəcə, komandanın əsas heyət üzvü olmaq istəyirəm. Əlbəttə, neçə ildir “Qarabağ”dayam. Bura çox bağlanmışam. Son sözü demək indi çox çətindir”.
Dani 2015-ci ildən “Qarabağ”da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm 24 oyuna 6 qol vurub.