- Baxış sayı: 36
- 21 Yanvar 2026 21:53
- Baxış sayı: 85
- Yanvar 21, 2026
- 0

“Qarabağ” çempionlar liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda “Ayntraxt”la (Almaniya) qarşılaşıb.
Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionundakı matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. “Köhlən atlar”a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.
Bununla da ağdamlılar xallarının sayını 10-ə çatdırıblar.