- Baxış sayı: 28
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 808
- Mart 30, 2026
- 0

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, U-21 millimizin üzvü Nicat Mehbalıyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Gənc qolkiperlə 3 illik müqavilə bağlanıb.
19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.
“Sabah” öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.