- Baxış sayı: 37
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 788
- Mart 30, 2026
- 0

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olundu.
Premyer liqanın XVI turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 8 nömrəli futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunur;
XVI turun “Keşlə” – “Zirə” oyununun 61-ci dəqiqəsində “Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnir;
XVI turun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimələnir;
“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.