FOTO
“Qarabağ” Sivasda təmtəraqla qarşılandı

Avropa liqasının “İ” qrupunun 3-cü turunda “Sivasspor”un qonağı olacaq “Qarabağ” hava limanında xoş sürprizlə qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, şəhər valiliyi və milli təhsil müdürlüyü tərəfindən baş məşqçi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və “Qurani-Kərim” kitabı hədiyyə olunub. Komandanı idman direktoru Əmrah Çəlikəl müşayiət edib. O, türkiyəlidir.

Sonra xüsusi ansambl 2 qardaş ölkənin himnini və İstiqlal marşını səsləndirib.

Həmin kateqoriyadan