“Qarabağ”ın 2 əməkdaşı “Yohan Kroyf” institutunun diplomunu alıb

Akademiya meneceri Nail Kərimov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev nüfuzlu “Yohan Kroyf” institutunun diplomunu alıb.

Allsport.az saytı xəbər verir ki, adı ilk çəkilən həmyelimiz Futbol menecmenti proqramını, digəri isə İdman biznesi (marketinq və sponsorluq) proqramını tamamlayaraq magistr diploma sahib çıxıblar.

2023-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

“Köhlən atlar”ın olan “Yohan Kroyf” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.

Həmin kateqoriyadan