- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
UEFA qitə liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra həftənin komandası açıqlanıb. Allsport.az saytı xəbər verir ki, rəmzi “11-lik”də “Qarabağ”ın doğma meydanda APOEL-lə 2:2 hesabı ilə heç-heçə etdiyi oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənən yarımmüdafiəçisi Dani Kintana və bir qolun müəllifi olan müdafiəçisi Aylton Silva da var.
Rəmzi komandada Matvey Safonov (“Krasnodar”, Rusiya), Artem Şabanov (“Dinamo Kiyev”, Ukrayna), Oven Vijndal (“Az Alkmar”, Niderland), Serxio Eskudero (“Sevilya”, İspaniya), Ailton Silva (“Qarabağ”, Azərbaycan), Teun Koopmeiners (“Az Alkmar”, Niderland), Dani Kintana (“Qarabağ”, Azərbaycan), Franko Vazquez (“Sevilya”, İspaniya), Nikolas Pepe (“Arsenal”, İngiltərə), Oussama İdrissi (“Az Alkmar”, Niderland) və Roman Yaremçuk (“Gent”, Belçika) yer alıblar.