- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

“Qarabağ” Azərbaycan kubokunda 30-cu səfər qələbəsini qazanıb. Ağdam klubu 1/4 final mərhələsinin cavab oyununda “Keşlə”yə qalib gəlib – 3:1.
Allsport.az xəbər verir ki, 1993-cü ildən ölkə kubokunda çıxış edən əyalət klubu rəqib meydanındakı 65-ci görüşdə yubiley qələbəsini bayram edib.
“Qarabağ” yarışın tarixində rəqib meydanında ən çox qalib gələn ikinci komandadır. Ağdamlılar yalnız “Neftçi”dən geri qalır. Paytaxt təmsilçisi səfərdə 38 dəfə qalib gəlib.