- Baxış sayı: 9
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 56
- Noyabr 28, 2024
- 0
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində ilk oyunda “Qəbələ”nin qonağı olan “Qarabağ” 0:1 hesabı ilə məğlub olub. Allsport.az saytı xəbər verir ki, bu, Ağdam təmsilçisinin 2019-cu ildə ilk rəsmi yenilgisi dir.
Ağdam klubu bu il premyer liqasında keçirdiyi 11 oyunun heç birində meydanı başıaşağı tərk etməyib. Yalnız “Neftçi” (1:1), “Sabah” (1:1) və “Zirə” (0:0) Qurban Qurbanovun kollektivindən 1 xal almağa müvəffəq olub. Digər qarşılaşmalarda çempion “Sumqayıt” (2:0, 6:0), “Qəbələ” (2:1, 2:1) və “Keşlə”ni (1:0, 3:0) iki dəfə, “Səbail” (2:1) və “Sabah”ı (3:0) isə bir dəfə məğlubiyyətə uğradıb.
Matç.az-ın məlumatına görə, “Qarabağ” buna qədər sonuncu dəfə ötən il dekabrın 13-də Avropa Liqasının qrup mərhələsinin son görüşündə “Arsenal”a uduzub – 0:1. Ölkə daxili yarışlarda isə ağdamlılara axırıncı dəfə “Neftçi” qalib gəlməyi bacarıb. Bu isə oktyabrın 28-də – 9-cu tur çərçivəsində baş verib. 6 ay əvvəlki matçda “ağ-qaralar” 3:1 hesablı qələbəyə sevinib. Ondan bir tur əvvəl isə “Səbail” “Qarabağ”dan texniki qalibiyyət sayəsində 3 xal alıb.
Ümumiyyətlə, “Neftçi” ilə ötənilki görüşdən “Qəbələ” ilə kubok oyununa qədər “Qarabağ” daxili yarışlarda 18 matçda meydana çıxıb. Bunun 16-sı çempionat, 2-si isə ölkə kuboku çərçivəsində olub. Qurban Qurbanovun yetirmələri bu müddətdə 13 qələbə, 5 heç-heçə ilə yadda qalıb.