- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Xəbər verdiyimiz kimi, ötən şənbə “Qarabağ” klubu başda vitse-prezident Tahir Gözəl olmaqla, direktor Əmrah Çəlikəl, veteran futbolçular, məşqçilər, futbolçular işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər. Allsport.az saytı xəbər verir ki, onlar Cümə məscidini, İmarət stadionunu və komandanın sabiq kapitanı və baş məşqçisi, milli qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər. Klubun rəhbəri Tahir bəy qol.az-a səfər təəssüratlnı bölüşüb:
“Möhtəşəm bir sevinc hissi keçirirəm. Biz demək olar ki, 27-28 il bu günün həsrəti ilə yaşadıq. “Qarabağ” klubu olaraq 20 ildən çox Ağdama, İmarət stadionuna olan həsrətimizi hər yerdə dilləndirdik. Almaniyada, İngiltərədə, İspaniyada, “Çelsi”, “Atletiko” kimi klubların prezidentləri ilə görüşəndə. Həmin vaxtlar deyirdik ki, biz bir gün qayıdacağıq. 20 il bunu söylədik və artıq bu gün Ağdamdayıq. Ona görə də doğrudan da mənim
üçün tarixi bir gündür.
Bizim klubun mərkəzi artıq Bakıdadır. Orada çox böyük infrastrukturumuz var. Əlbəttə ki, biz onu boş buraxa bilmərik. Amma mənim arzum və hədəfim odur ki, burada da futbol məktəblərimiz fəaliyyət göstərsin. “Qarabağ”da oynamaq həyəcanını buradakı gənclər də yaşasınlar. Bizim büdcəmiz imkan verdiyi qədər bu bölgədə futbolun inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik”.