- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın “Seltik” klubu ilə mübarizə aparacaq. Allsport.az xəbər verir ki, Ağdam klubu ikinci təsnifat mərhələsində Çernoqoriya “Rudar”ını mübarizədən kənarlaşdırıbsa (evdə 0:0, səfərdə 1:0), Şotlandiya çempionu İslandiyanın “Styarnan” komandasını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlayıb.
Böyük tarixə malik “Seltik” 1887-ci ildə yaradılıb. 127 yaşlı qocaman klub Şotlandiyanın Qlazqo şəhərini təmsil edir. Klubun indiki prezidenti İan Bankir, baş məşqçisi isə Ronni Deyladır. Komanda ev oyunlarını doğma şəhərdə – 60 411 azarkeş tutumuna malik “Seltik Park” stadionunda keçirir.
“Reyncers”lə bərabər Şotlandiyanın iki ən nəhəng klubundan biri olan “Seltik” həm daxili, həm də xarici arenada xeyli uğurlara imza atıb. Bu komanda 46 dəfə (!) ölkə çempionu olub. 36 dəfə Şotlandiya kubokunu əldə edən komanda 15 dəfə də ölkənin Liqa Kubokuna sahib çıxıb. Bu komanda 1967-ci ildə indi UEFA Çempionlar Liqası adlanan turnirin qalibi olub. 1969/70 mövsümündə isə ÇL-in finalında məğlub olaraq, gümüş medallarla kifayətlənib. “Seltik” 2002/03 mövsümündə Avropa Liqasının da finalına çıxıb, lakin həlledici görüşdə məğlub olub. Bir sözlə, Şotlandiya nəhənginin uğurları saymaqla qurtaran deyil.
Bu klub ÇL-in yeni mövsümünə də məhz son ölkə çempionu kimi vəsiqə qazanıb. Mövsüm ərzində keçirdiyi 38 oyunda hamıdan çox – 29 qələbə qazanan komanda 5 dəfə heç-heçəyə razılaşıb, cəmi 4 dəfə meydanı məğlub tərk edib. Rəqib qapılarından 84 (!) top keçirən qlazqolular özləri cəmi 17 dəfə məyus olublar ki, bu göstəricilər digər klublarınkından kifayət qədər çox fərlqlənir. Məsələn, digər 11 klubdan heç biri 60 qol həddinə çatmayıb. Buraxılan qolların sayına görə isə ən yaxın göstəriciyə malik olan qapısında 33 top görmüş “Aberdin”dir.
“Qarabağ”ın rəqibinin heyətində Honduras, Nigeriya, Hollandiya, İsrail, Türkiyə, İrlandiya, Serbiya, Avstraliya, Belçika, İsveçrə, İsveç, Norveç, İtaliya, İngiltərə kimi ölkələrdən xeyli legioner çıxış edir.
Qeyd edək ki, “Qarabağ”la “Seltik” arasındakı ilk oyun iyulun 29-da Qlazqoda, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.