- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın keçmiş futbolçusu Müarəm Müarəm Ağdam klubunun ÇL-nin I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubuna rəqib olması barədə danışıb. Allsport.az “Sportmedia” nəşrinə istinadla xəbər verir ki, “Rabotniçki”nin klubunun makedoniyalı yarımmüdafiəçisi “Qarabağ”ı aşkar favorit hesab edir:
“Püşk “Sileks” üçün uğurlu alınmadı, xüsusilə də matç Azərbaycanda keçirilsə. Keçmiş komandam bu ölkənin ən yaxşı, ən böyük klubudur. Orada oynadığım üçün imkanların necə olduğunu bilirəm. Uğurlarda baş məşqçi Qurban Qurbanovun xüsusi təsiri var. 10 ildən çoxdur ki, komandanı çalışdırır. Təbii ki, bu qədər müddət komandanı çalışdırmaq hər şeyi deyir.
Qurbanov 4-3-3 taktiki sxemini sevir və nadir hallarda təslim olur. “Qarabağ” müntəzəm olaraq Avropa Liqasının qrupunda çıxış edir. Hətta bir dəfə Çempionlar Liqasının da qrup mərhələsinə yüksəliblər. Obyektiv yanaşsaq, “Qarabağ” aşkar favoritdir, amma futbolda nəsə öncədən məlum deyil. Top yumrudur və gəlin, “Sileks”in şanslarını yox etməyək. Sadəcə, püşk “Sileks”in üzünə gülmədi.
İspaniyalı vinger Xayme Romero ilə yanaşı, gənc hücumçu Mahir Əmrəliyə xüsusi diqqət yetirmək lazımdır. Ağdam komandası “Kopenhagen”dən serbiyalı yarımmüdafiəçi Uroş Matiç, “Şaviş”dən isə kolumbiyalı müdafiəçi Kevin Medinanı transfer edib və o, çox təhlükəli futbolçudur.
“Qarabağ” koronavirusa görə uzun müddət məşq edə bilmədi. Kifayət qədər yoldaşlıq oyunu keçirə bilməsələr də, Qurban Qurbanov bu çatışmazlığı necə aradan qaldıracağını yaxşı bilir. 3-4 ildir “Qarabağ”da olmasam da, klubda əlaqə saxladığım insanlar və bir vaxtlar birgə oynadığım futbolçu dostlarım var. “Qarabağ” əla klubdur və bunu təkrar edəcəyəm: “Sileks”in püşkdə bəxti gətirmədi”.
31 yaşlı yarımmüdafiəçi 2012-2015-ci və 2016-2017-ci illərdə “Qarabağ”da oynayıb.