- Baxış sayı: 27
- 01 Aprel 2026 13:21
- Baxış sayı: 805
- Mart 30, 2026
- 0

Çempionlar liqasının III ələməsində Norveçin “Mölde” klubuna uduzan “Qarabağ” mübarizəni Avropa liqasında davam etdirəcək. Allsport.az xəbər verir ki, komandamız bu mərhələyə kimi irəlilədiyi üçün, UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb.
Çempionlar liqasının pley-offuna yüksələn “Mölde” isə büdcəsini daha 7 milyon avro zənginləşdirib. Norveç təmsilçisi pley-offda Macarıstanın “Ferensvaroş” klubu ilə mübarizədə ÇL-in qrupuna vəsiqə qazansa, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq.
“Qarabağ” Avropa liqasının qrup mərhələsinə yüksəlsə, büdcəsini 2,92 milyon avro ilə zənginləşdirəcək.
Qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro qazanır.