- Baxış sayı: 42
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

Çex Respublikası 1-ci liqasında 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan” doğma meydanda “Viktoriya” ilə qarşılaşıb.
Libereç təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2. Ağdam klubunun rəqibinin yeganə qolunu 90-cı dəqiqədə Nikolay Komliçenko vurub.
Maraq üçün xatırladaq ki, “Viktoriya” bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb (0:0; 1:1). “Slovan”a gəlincə, bu komanda hazırda 5 xalla 10-cu pillədədir.