- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın çempionlar liqasının 3-cü təsnifat mərhələsində Norveçin “Mölde” klubu ilə oyunu Kiprin Larnaka şəhərindəki “AEK Arena”da baş tutacaq. Allsport.az xəbər verir ki, stadion 2015-2016-cı illərdə inşa olunub.
Arenanın açılışı 2016-cı ilin oktyabrın 17-də baş tutub. Stadionun inşası 10 milyon avroya başa gəlib və tutumu 7 400 azarkeşdir.
Stadion AEK-in sabiq prezidenti Andros Karapatakisin atası George Karapatakisin şərəfinə “AEK Arena- George Karapatakis” da adlanır.
Meydanın ot örtüyü təbiidir. Stadionda AEK və ALİS klubları ev oyunlarını keçirirlər.
Arena 2017-ci il iyunun 29-da ilk dəfə avrokubok matçını qəbul edib. AEK həmin qarşılaşmada Cəbəllütariqin “Linkoln Red İmps” klubuna 5:0 hesabı ilə qalib gəlib.
Sentyabrın 16-da oynanılacaq “Qarabağ” – “Mölde” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.