- Baxış sayı: 4
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 807
- Mart 30, 2026
- 0

Polşanın “Legiya” klubu uğursuz nəticələrə görə bosniyalı baş məşqçisi Aleksandar Vukoviçi istefaya göndərib. Allsport.az xəbər verir ki, klub rəhbərliyi ekstraklasanın 6-cı turunda evdə “Qurnik”ə məğlubiyyətdən sonra bu qərarı verib.
Varşava təmsilçisi yeni baş məşqçisini də açıqlayıb. Komandanı bundan sonra Çeslav Mixneviç çalışdıracaq. Polşalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
“Qarabağ” Avropa liqasının pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.