- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 782
- Mart 30, 2026
- 0

Avropa liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Sevilya” – “Qarabağ” matçının hakimləri açıqlanıb.
Allsport.az xəbər verir ki, qarşılaşmanı isveçli FIFA referisi Məhəmməd Əl-Hakim idarə edəcək. Ona Fredrik Kliver və Mahbod Beygi kömək edəcək. Dördüncü hakim funksiyasını isə Martin Strömberqsson yerinə yetirəcək.
Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.