Qarabağ”ın prezidenti: “Açıq-aydın görürəm ki, hücumçu çatışmazlığı var”

“Qarabağ”ın prezidenti Tahir Gözəl, konfrans liqasının 3-cü ələməsinin cavab görüşündən sonra brifinq keçirib. Allsport.az saytı xəbər verir ki, o, evdə Kipr AEL-inə 1:0 hesabı ilə qalib gəldikləri matçın gedişində həyacanlı olduqlarını deyib: “Həyəcan keçirdiyim dəqiqələr çox oldu. Qarabağın azad edilməsindən, sahiblərinə qaytarılmasından sonra Avropaya ilk çıxışımızdır. “Qarabağ”ın əvvəl də, indi də missiyası fərqlidir.

Bu oyun mənim diqqətimdə idi. Çünki klubumuz, büdcəmiz, mənəvi dəyərlərimiz hər şeydən üstün idi. Nə demək istədiyimi bilirsiz. Ona görə çox sevindim. Sona yaxın oyun canlandı. “Qarabağ” futbolçularının təcrübəsi hesabına oyunda qələbə qazandıq. Sevindirici haldır ki, yolumuza davam edək və artıq Avropada Qarabağın sahibləri kimi oynayaq. Bu çox dəyərli və qiymətlidir.

Mən açıq-aydın görürəm ki, hücumçu çatışmazlığı var. Bunu oyuna əsasən deyə bilmərəm. Amma hadisə olaraq futbol günü və qazandığımız üçün sevinc yaşadıq. Hər il dünyada futbol çətinləşir. Klubların büdcələri hər il artır. Bir neçə gün əvvəl Qurban Qurbanovla görüşdük. Futbol hər gün daha çətin olur.

Yaxşı oyunçu cəlb etmək də asan deyil. Neçə vaxtdır yaxşı hücumçu almaq istəyirik. Amma çox çətinliklər yaşayırıq. Lakin hesab edirəm ki, “Qarabağ” sabitliyi, futbolçuların təcrübəsi, bir neçə yaxşı oyunçu, o cümlədən Riçard Almeyda kimilərin qayıtması ilə yaxşı görüşlər olacağına inanıram.

Həmin kateqoriyadan