“Qarabağ”ın prezidenti ölkəmizin Bolqarıstanda və Fransada səfirləri ilə görüşüb

“Qarabağ”ın prezidenti Tahir Gözəl ölkəmizin Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov ilə Fransada fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, görüş çempionlar liqasının III təsnifatın cavab oyunu çərçivəsində səfərdə baş tutub.

Tahir Gözəl göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hüseyn Hüseynov və Leyla Abdullayeva komandamıza uğurlar arzulayıb. Onlar bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Lüdoqoreç” – “Qarabağ” oyununu stadionda canlı izləyəcəklər.

Həmin kateqoriyadan