- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl və idarə heyətinin üzvü Asif Əsgərov Suraxanı rayon icra hakimiyyətinin yeni başçısı Adil Əliyevin qəbulunda olublar.
Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun davamlı uğurlarından bəhs edən dövlət rəsmisi, “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib.
Onunsözünə görə, iş qrafiki imkan verdikcə, komandamızın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək. Klubumuzun rəsmiləri onu yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb.
Görüşün sonunda Əmrah bəy icra başçısına “Qarabağ”ın köynəyini hədiyyə edib.