- Baxış sayı: 31
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

“Qarabağ”ın konfrans liqasının pley-ofunda rəqibi “Aberdin” ilk oyun üçün Bakıya yola düşüb.
Allsport.az saytı xəbər verir ki, şotlandlar günün 2-ci yarısında Xəzər dənizinə istiqamət alıb. Avqustun 18-də baş məşqçi Stiven Qlasın mətbuat konfransı olacaq.
Tərəflər ayın 19-da Tofiq Bəhramov adına respublika stadionunda saat 20:00-da üz-üzə gələcəklər. Cavab görüşü 1 həftə sonra səfərdə olacaq.