- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 793
- Mart 30, 2026
- 0

Avropa liqasının “İ” qrupunda “Qarabağ”ın rəqibi “Vilyarreal” itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, hücumçu Pako Əlkəsər sıradan çıxıb.
İspaniyalı forvard primeronun 12-ci turunda “Elçe” ilə matçda (0:0) zədələnib. Fasilədən sonra meydana daxil olan 27 yaşlı futbolçu 78-ci dəqiqədə əzələsində ağrılar hiss edərək əvəzlənib.
Təcrübəli hücumçu “Qarabağ”la ilk oyunda (3:1) dubl edib. Cavab görüşü dekabrın 10-da səfərdə keçiriləcək.