- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Mölde” rəhbərliyinin UEFA-ya Tofiq Bəhramov adına respublika stadionunda oynamaq istəmədikləri haqqında müraciəti hələ də cavabsız qalır. Allsport.az xəbər verir ki, oyun günü yaxınlaşdıqca, Norveç futbolsevərləri də həyəcanla qurumdan maraqlarına uyğun qərar çıxmasını gözləyirlər.
2 ildir Norveç klubuna icraçı direktorluq edən Ole Erik Stavrum yerli mətbuata açıqlamasında, görüşün bitərəf meydanda olmasına dair qərarın çıxacağına hələ də ümid etdiklərini deyib. Azərbaycana səfər edəcəkləri təqdirdə, məcburi 10-günlük karantində qalmalı olacaqlarını, bunun da gələcək beynəlxalq matçlara mənfi təsir göstərəcəyini söyləyib.
Saytımız pandemiyanın indiyədək “Mölde”yə hansı mənfi təsirlər göstərdiyin araşdırıb. Nəticədən məlum olur ki, mart ayı Norveç klubu üçün ağır keçib. 13 ildir “ağ-mavilər”də çıxış edən, millinin ən yaxşı müdafiəçilərindən sayılan Veqard Forren klubun hesabından 9,255 dollar oğurlayaraq, qumarda uduzub.
O, haram iş gördüyünü etiraf edib və əzəli klubundan qovulduğu üçün üzüldüyünü bildirib. Məlum olur ki, COVİD-19 xəstəliyi aşkarlanmayan klubda daha təhlükəli problemlər varmış. Veqardın cəzalanmasından sonra, arxa xətdə boşluq, çempionlar liqasında çıxış edən klubun oyunçularının iqtisadi problemlerlə qarşılaşması və ən təhlükəlisi, heyətin qumar virusuna yoluxmasıdır.
Mansur DADAŞ, İsveç