- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Kiprin “Omoniya” komandasının daha bir futbolçusu “Qarabağ”a qarşı konfrans liqasının qrup matçını buraxacaq.
Allsport.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Xəbərdə, uzun müddətdir zədədən əziyyət çəkən Yannis Kusulosun Ağdam təmsilçisi ilə oyunu buraxacağı dəqiqləşib.
25 yaşlı kiprli müdafiəçinin sıraya nə vaxt dönəcəyi bəlli deyil.
Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun “Qarabağ”la görüşdə iştirak etməyəcəyi açıqlanıb.
Sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.