- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

“Qarabağ”ın sabiq hücumçusu Samüel Armenterosun yeni klubu bəlli olub. Allsport.az xəbər verir ki, isveçli hücumçu karyerasını İtaliyanın “Krotone” klubunda davam etdirəcək.
“B” Seriya təmsilçisi 29 yaşlı futbolçunu çempionatın digər klubu “Benevento”dan mövsümün sonuna qədər icarəyə götürüb.
Armenteros 2015/16 mövsümündə “Qarabağ”da oynayıb. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub.