- Baxış sayı: 50
- 24 Mart 2026 15:23
- Baxış sayı: 200
- Mart 25, 2026
- 0
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Şotlandiya “Seltik”i arasındakı ilk qarşılaşma ölkəmizdə canlı yayımlanmayacaq. Allsport.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.
Məlumatda bildirilir: “Seltik” – “Qarabağ” qarşılaşmasının yayım hüququ alınmış və Azərbaycan Televizyası tərəfindən yayımlanacağı ictimaiyyətə bildirilmişdi. Lakin bu gün Böyük Britaniya qanunlarını əsas gətirən qarşı tərəf yayım üçün siqnal verməkdən imtina edib. Belədə “Qarabağ” FK və Az.TV-dən asılı olmayan səbəblərdən oyunun canlı yayımı baş tutmayacaq”.