- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

UEFA “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti rədd edilib.
UEFA-nın nəzarət, etika və intizam komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib. UEFA 2-ci Vətən müharibəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. “Qarabağ” isə 100 min avro məbləğində cərimələnib.
Nurlan İbrahimovla bağlı idman arbitraj məhkəməsinə də müraciət olunub.