- Baxış sayı: 26
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Premyer liqada 50-ci qolunu “Səbail”lə 5-ci turdan təxirə salınan oyunda (4:0) vuran “Qarabağ”ın hücumçusu Mahir Əmrəli yalnız bir klubun heyətində fərqlənib. Allsport.az xəbər verir ki, o, ölkə çempionatları tarixində eyni klubda 50 və daha çox qol sevinci yaşayan 13-cü futbolçu olub.
Ağdam təmsilçisində keçirdiyi 114-cü matçda dubla imza atmaqla əvvəl 50-ci, sonra 51-ci qolunu vuran forvarda qədər 12 oyunçu bunu bacarıb.
Əmrəli “Qarabağ”ın tarixinə çempionatda ən azı 50 qol vuran ikinci futbolçu kimi düşüb. O, yalnız Müşfiq Hüseynovdan geri qalır.
Müşfiq yarışın tarixində bir klubda ən çox qol vuran oyunçudur. “Neftçi” və “Kəpəz”də üç, “Qarabağ”la “Turan”da iki, Sumqayıt “Xəzər”i, “Viləş” və “Şəmkir”də bir bombardir belə məhsuldarlıq göstərib.