- Baxış sayı: 26
- 31 Mart 2026 13:58
- Baxış sayı: 679
- Mart 30, 2026
- 0

“Avrokubokların qrupuna bu qədər yaxın olmağımızdan 14 il keçib. Buna görə, bizi hansı təhlükənin gözlədiyini bilirik. Səfərdə 0:1 hesabı ilə məğlub olduq. Amma şərtləri nəzərə alsaq, nəticədən məmnunuq”.
Allsport.az saytı xəbər verir ki, bu sözü Şotlandiya “Aberdin” klubununin yarımmüdüfiəçisi Funso Oyo deyib. O, konfrans liqasının pley-ofunda “Qarabağ”la cavab görüşünün çətinliyini anladıb:
“Qarabağ” yaxşı komandadır. Klub prezidenti və azarkeşlər bizdən yaxşı nəticə istəyir. Evdə azarkeşlərimizin qarşısında oynayacağıq. Düşünürəm ki, tribunalarda izdiham olacaq. Futbol bacarıqlarımızı ortaya qoyaraq istəyimizə nail olacağıq”.
Avqustun 26-da matç saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi 1:0 qalib gəlib.