“Qarşımızda təşkilatlanmış, yaxşı komanda var idi”

Azərbaycan premyer liqasının XXVIII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, o, oyun barədə bunu deyib:

“Oyun gərgin keçdi. Hər iki komanda meydanda sona qədər mübarizə apardı. Futbolçularım bu gün yaxşı iş gördülər. Həm uda, həm də uduza bilərdik. Bir xal da bizim üçün vacibdir. Meydandakı işinə görə futbolçularıma təşəkkür edirəm. 

Qarşımızda təşkilatlanmış, yaxşı komanda var idi. Səfərdə oynadığımıza görə futbolçulara fərqli tapşırıq vermişdik. Amma meydana sırf heç-heçə etmək üçün çıxmamışdıq. Heyətimizdə zədəli və cəzalı futbolçular var. Onların yoxluğu fonunda bir xal da çox əhəmiyyətli idi”.

Həmin kateqoriyadan

azenrutr