- Baxış sayı: 22
- 28 Noyabr 2024 19:10
- Baxış sayı: 85
- Noyabr 28, 2024
- 0
“Çempionata uğursuz başladıq. İlk turda evdə məğlub olmuşduq və səfərdə “Qəbələ”yə qalib gəlmək istəyirdik. Birinci hissədə istədiyimiz futbolu oynaya bilmədik. İkinci yarıda isə rəqib üzərində təzyiq yaratdıq”.
Allsport.az saytı xəbər verir ki, bu fikri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov, premyer liqanın 2-ci turunda səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra, mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis fasilədən sonra qol imkanları yaratdıqlarını söyləyib:
“İstənilən halda məğlub olmuşuq və çempionatın startı bizim üçün ürəkaçan deyil. Qarşımızda uzun fasilə var. Komandanı toparlamağa çalışacağıq. Premyer liqa matçlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Çox danışılası nəsə yoxdur”.