- Baxış sayı: 37
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 788
- Mart 30, 2026
- 0

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. Allsport.az xəbər verir ki, qəsəbə təmsilçisi Fakundo Melivilonu transfer edib.
28 yaşlı hücumçu ilə mövsümü sonuna kimi anlaşılıb.
Argentinalı futbolçu daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, “Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.