- Baxış sayı: 128
- 08 Noyabr 2024 23:59
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Qazaxıstan millisinin azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov hərbi xidmətə başlayıb. Allsport.az saytı xəbər verir ki, AAAF-dən millimizdən imtina edən 24 yaşlı olimpiya çempionu məşqlərini ordu sıralarında davam etdirir.
Həmyerlimiz Rio-2016-nın digər qızıl medalçısı Dmitri Balandinlə birgə Astana şəhərində hərbi hissədə qulluq edir. Onların əsgərlik çəkməsi paytaxtda xüsusi təmtəraqla olub. Nicat Rəhimov qazaxıstanlı həmkarımıza açıqlamasında deyib ki, hərbi xidmətdə olması məşqinə heç bir mənfi təsir göstərmir:
“Hər bir insan vətəninə xidmət etməlidir. Ordu – hər bir kişinin keçməli olduğu məktəbdir. Mən hər zaman buna hazır olmuşam və bu gün də hərbi formanı geyinməklə qürur duyuram”.