- Baxış sayı: 23
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”dan ayrılan Kərəm Sultanov açıqlama verib. Allsport.az xəbər verir ki, qazaxıstanlı müdafiəçi “kimyaçılar”dan ayrılması barədə danışıb:
“Sumqayıtla” qarşılıqlı anlaşıb, ayrıldım. Yeni ildən sonra Qazaxıstana qayıtmağım problemli olacaqdı. Klub mənə müqaviləni ləğv etməyi təklif etdi. Klubdan təzminat almadan ayrıldım. Heç kimin borcu qalmadı. Düzdür, sürətli kilo alıram, amma Azərbaycana gələn kimi normal məşqlərə başladım və çəki atdım”.
Sultanov Azərbaycana gəmi ilə gəldiyini də bildirib:
“İki gün Aktaudan gəmi ilə yol gəldim. Mənə dedilər ki, bütün problemləri özün həll et. Çalışdım, alınmadı. Klub da hansısa açıqlama vermədi. Buna görə də, ayrılmalı oldum. Azərbaycanda özümü əcnəbi kimi hiss etmirdim. Premyer liqanın səviyyəsi bizimkindən fərqli deyil, hətta Qazaxıstandan daha yaxşıdır. Dil bənzərliyi var. Danışmaq bir az çətin olsa da, başa düşürdüm. Komanda rusca danışa bilmirdi”.